Gürcüstan Dəmir Yolları: Tbilisi-Bakı istiqamətində əlavə reyslərlə bağlı çətinlik yoxdur

Gürcüstan Dəmir Yolları: Tbilisi-Bakı istiqamətində əlavə reyslərlə bağlı çətinlik yoxdur
Tbilisi-Bakı istiqamətində əlavə reyslərin təyin edilməsi ilə bağlı Gürcüstan Dəmir Yolları (GDY) tərəfindən hər hansı çətinlik mövcud deyil.

"Report"a istinadən xəbər verilir ki, bu barədə GDY-dən məlumat verilib.

Qurumun açıqlamasında bildirilir ki, Gürcüstan və Azərbaycan dəmir yolları Tbilisi-Bakı və Bakı-Tbilisi istiqamətlərində əlavə sərnişin reyslərinin təyin edilməsi üzərində iş aparır.

Qeyd olunub ki, sözügedən istiqamətdə əlavə reyslərin təyin olunması və qəbul edilməsi ilə bağlı GDY tərəfindən hər hansı maneə mövcud deyil.

"Hazırda tərəflər arasında bununla bağlı müvafiq iş prosesi aparılır", - deyə qurumdan əlavə olunub.

GDY-nin məlumatına görə, əlavə reyslərin təyin olunacağı tarixlər barədə məlumat ictimaiyyətə açıq şəkildə elan ediləcək.

Qeyd edək ki, Tbilisi-Bakı sərnişin qatarına tələbatın yüksək olması səbəbindən biletlərin əldə edilməsi ilə bağlı son günlər sosial şəbəkələrdə müxtəlif müraciətlər və şikayətlər də yayılıb.

Mənbə: oxu.az