Sabah Tovuz rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 28 iyul 2026-cı il tarixində saat 09:30-dan işlər yekunlaşanadək Tovuz şəhərinin bir hissəsinin, eləcə də Düz Cırdaxan, Qədirli-Cilovdarlı, Yuxarı Öysüzlü, Yuxarı Mülkülü, Cəlilli, Aşağı Mülkülü, Qaraxanlı və Hunanlar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mənbə: bizim.media