Sabah Xəzər rayonunun bəzi küçələrində və Biləsuvar rayonunun əksər kəndlərində qaz olmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, iyulun 24-də saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvarın Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bundan əlavə təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Buzovna qəsəbəsinin, Albalılıq və Atçılıq yaşayış massivlərinin, Sabunçu rayonunun Zabrat qəsəbəsinin, Oktyabr, R. Axundov, L. Məmmədbəyova küçələrinin qaz təchizatında da qısamüddətli fasilə yaranacaq.
Mənbə: qafqazinfo.az