Azərbaycan və Slovakiya arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və Slovakiya arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Turizm Bürosu ilə "Slovakia Travel" arasında əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanma mərasimi Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda baş tutub.

Sənədi Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadə və "Slovakia Travel"in baş icraçı direktorunun müavini Martina Urik Viktorinova imzalayıblar.

Mənbə: oxu.az