“Bu, Azərbaycanın quru sərhədlərinin bağlı olması ilə əlaqədardır”

“Bu, Azərbaycanın quru sərhədlərinin bağlı olması ilə əlaqədardır”

“Tbilisidən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir”.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov brifinqdə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu, Azərbaycanın quru sərhədlərinin bağlı olması ilə əlaqədardır: “Xarici vətəndaşlar ölkəyə daxil olduqdan sonra Azərbaycanı müxtəlif nəqliyyat vasitələri ilə tərk edə bilsələr də, ölkəyə giriş yalnız hava və dəmir yolu nəqliyyatı ilə mümkündür. Bu səbəbdən Tbilisi-Bakı istiqamətində sərnişin axını daha çoxdur.

Hazırkı statistikaya əsasən, Tbilisidən Bakıya 6 mindən çox, Bakıdan Tbilisiyə isə 5 mindən artıq sərnişin daşınıb. Bundan əlavə, Gəncə stansiyasında da xeyli sayda minmə və enmə qeydə alınıb”.

Lamiyə Məmmədova

Mənbə: qafqazinfo.az