2026-cı ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4163,7 milyon manat olub.
Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 faiz artıb.
Hüquqi şəxslər tərəfindən əhaliyə 3414,5 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 82 faizini təşkil edib.
Mənbə: publika.az