Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə brifinqdə deyib.
Lyayen əvvəlcə müvafiq strategiyaya ehtiyac olduğunu vurğulayaraq əlavə edib ki, Aİ Ermənistana enerji təchizatının şaxələndirilməsinə kömək etmək istəyir:
“Bu məqsədlə bir qrup avropalı ekspert Ermənistana səfər edəcək. Bizim geniş təcrübəmiz var”.
Komissiya Prezidenti bunun üçün Ukrayna və Moldovada, eləcə də Avropanın özündə qazanılmış təcrübədən yararlanmağı tövsiyyə edib.
O bildirib ki, enerji təhlükəsizliyinə, yeni elektrik xətlərinin və şəbəkələrinin tikintisinə investisiyalar lazımdır. Aİ öz növbəsində bu məqsədlər üçün və Ermənistanın daxili bərpa olunan enerji potensialının inkişafına dəstək olmaq üçün 25 milyon avro ayıracaq ki, bu da ölkənin enerji müstəqilliyini artıracaq.
Mürtəza
Mənbə: olke.az