Qlobal ehtiyatlarda dolların rolu azalır

Qlobal ehtiyatlarda dolların rolu azalır

Qlobal mərkəzi banklar ilk dəfə olaraq qarşıdakı onillik ərzində beynəlxalq ehtiyatlarında dolların xüsusi çəkisini artırmaq əvəzinə azaltmağı planlaşdırır.

bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, bu dəyişiklik ABŞ valyutası ilə əlaqədar siyasi risklərin artması, eləcə də qlobal maliyyə sisteminin daha çoxqütblü modelə keçidi gözləntiləri ilə bağlıdır. Eyni zamanda, mərkəzi banklar qızıla yatırımları artırmaq niyyətindədir və Britaniya funtu, Norveç kronu, həmçinin Yeni Zelandiya dolları da daxil olmaqla, digər ehtiyat valyutalarına da böyük maraq göstərirlər.

Sorğuda idarəetməsində təxminən 10 trilyon dollar dəyərində aktiv olan 90 mərkəzi bank, dövlət pensiya və suveren fondları iştirak edib. Rəyi soruşulan mərkəzi bankların üçdə ikisindən çoxunun təmsilçiləri yaxın illərdə öz fəaliyyətlərində süni intellekt texnologiyalarından istifadəni genişləndirmək niyyətində olduqlarını da bildiriblər.

Mənbə: oxu.az