49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb Paytaxtın Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək olan hissəsində aparılan təmir işləridir.
Dəyişikliklə marşrutun son dayanacaq nöqtəsi Yavər Əliyev küçəsi təyin edilib.
Mənbə: qafqazinfo.az