Neft qiymətləri 4 ilin tarixi maksimumunu YENİLƏDİ

Neft qiymətləri 4 ilin tarixi maksimumunu

ABŞ Prezidenti Donald Trampın çıxışından sonra neftin qiymətləri kəskin artıb.

ABŞ liderinin İrana qarşı dəniz blokadasının aylarla davam edə biləcəyini bəyan etməsindən sonra neft qiymətləri son 4 ilin tarixi maksimumunu yeniləyib.

Bu açıqlama Yaxın Şərq münaqişəsinin yaxın perspektivdə həlli və ya Hörmüz boğazının yenidən açılması ehtimalını azaltdığı üçün, “Brent” markalı neftin fyuçersləri 8 faizdən çox artaraq bir barel üçün 120 dollara qədər yüksəlib, “Light” markalı neftin qiyməti isə 107 dolları ötüb. Bu, 2022-ci ilin iyunundan bəri ən yüksək göstəricidir.

Hazırda “Brent” markalı neftin bir bareli 118,03 dollara, “Light” markalı neftin bir bareli isə 107,97 dollara ticarət olunur.

Mənbə: bizim.media