Yeni Klinikada KT cihazı niyə işləmir? - Rəsmi açıqlama

Yeni Klinikada KT cihazı niyə işləmir? -

Yeni Klinikada KT cihazının işləməməsi ilə bağlı şikayətlərə aydınlıq gətirilib.

Bizim.Media-nın sorğusuna cavab olaraq Yeni Klinikadan bildirilib ki, kompüter tomoqrafiyası (KT) cihazının fəaliyyəti texniki səbəblərdən müvəqqəti olaraq dayandırılsa da, tibbi xidmətin davamlılığını təmin etmək məqsədilə KT müayinəsinə ehtiyacı olan pasiyentlər müvafiq göndərişlərlə təmin olunurlar.

Qeyd edilib ki, hazırda vətəndaşlara dəqiq diaqnostik və keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə cihazın fəaliyyətinin bərpası istiqamətində zəruri texniki işlər aparılır:

"Eyni zamanda bildiririk ki, Yeni Klinikaya müraciət edən pasiyentlərin tibbi göstəriş əsasında bütün anatomik nahiyələr üzrə maqnit-rezonans tomoqrafiyası (MRT) müayinələri həyata keçirilir".

Qeyd edək ki, mediada və sosial şəbəkələrdə bir neçə aydır Yeni Klinikada KT cihazının işləmədiyi barədə məlumatlar yayılmışdı.

Bizim.Media, Fəridə

Mənbə: bizim.media