Azərbaycanda I rübdə gömrük daxilolmaları 1,4 milyard manatdan çox olub

Azərbaycanda I rübdə gömrük daxilolmaları 1,4 milyard manatdan çox olub

Bu ilin yanvar-mart aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 410,1 milyon manat təşkil edib.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % az, proqnozdan isə 0,4 % çoxdur.

I rübdə gömrük daxilolmaları dövlət büdcəsi gəlirlərinin 14,7 %-ni təşkil edib.

Mənbə: fed.az