Azərbaycan Mərkəzi Bankı “A-Solutions Elektron Pul Təşkilatı” MMC-nin (“Akart”) və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.
Bu barədə AMB-yə istinadla xəbər verilir.
AMB tərəfindən 01.09.2025 – 17.10.2025-ci il tarixlərində “A-Solutions Elektron Pul Təşkilatı” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq təşkilat İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.4-cü maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilmişdir.
Mənbə: fed.az