Azərbaycan nefti 133 dollara yüksəlib

Azərbaycan nefti 133 dollara yüksəlib

Dünya bazarında neftin sürətli bahalaşması Azərbaycan neftinin qiymətinə də təsir edir.

Martın 30-da keçirilən hərracların gedişində Azərbaycanın Azeri Light markalı neftinin qiyməti ötən həftənin sonu ilə müqayisədə daha 6,53 dollar bahalaşaraq 133,65 dollara yüksəlib.

Brent nefti isə gün ərzində əvvəlcə 115 dollara yüksəlsə də, sonradan 112 dollar səviyyəsində sabitləşib.

Amerika qitəsinin WTI markalı nefti isə 102 dollara ticarət olunur.

Mənbə: fed.az