Əfsanənin dirçəlişi - Rusiyada elə yataqlar tapıldı ki...

Əfsanənin dirçəlişi -

Rusiya 2026-cı ildə Yakutiya ərazisində kəşf edilən altı yeni və yüksək potensiallı neft-qaz sahəsini hərraca çıxarmağı planlaşdırır.

Bu barədə "Rosnedra"nın rəhbəri Oleq Kazanov TASS agentliyinə müsahibəsində bildirib.

Kazanovun sözlərinə görə, "Geologiya: Əfsanənin dirçəlişi" adlı federal layihənin birinci mərhələsi uğurla başa çatıb. Bu mərhələdə federal büdcə hesabına Yakutiyada 5 milyard tondan çox şərti yanacaq ehtiyatı aşkar edilib. Layihənin ikinci mərhələsində isə bu rəqəmin daha 9 milyard ton artacağı gözlənilir.

Bundan əlavə, "Rosgeologiya" Zabaykaliyada Rusiya üçün strateji əhəmiyyət kəsb edən və kəskin qıtlığı hiss olunan iri flüorit (əridici şpat) yatağı kəşf edib. Bu kəşf sayəsində ölkədə flüorit ehtiyatları 17,5% artıb.

Qeyd edək ki, indiyədək bu mineral 100% xaricdən idxal edilirdi və Rusiyanın ondan tam asılılığı var idi.

Rusiya alimləri həmçinin neft hasilatı zamanı yaranan tullantıların birbaşa yataqların özündə emal edilməsi üsulunu tapıblar. Bu, həm ekoloji çirklənməni azaldacaq, həm də hasilat xərclərinə qənaət etməyə imkan verəcək.

Adəm

Mənbə: publika.az