İran Türkiyəyə qaz ixracını dayandırdı

İran Türkiyəyə qaz ixracını dayandırdı

İran İsrailin Cənubi Pars qaz yatağına hücumundan sonra Türkiyəyə təbii qaz ixracını dayandırıb.

“Qafqazinfo” “İnvesting”ə istinadən xəbər verir ki, Türkiyə ötən il təbii qazının təxminən 14%-ni İrandan alıb.

Türkiyə əsas təchizatçıları olan Rusiya və Azərbaycandan qaz idxal etməyə davam edir və istifadə üçün ehtiyatları mövcuddur.

İranın qaz ixracını nə qədər müddət dayandıracağı isə məlum deyil.

Mənbə: qafqazinfo.az