Türkiyə hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin (USQ) "Türk axını" qaz kəmərinə yeni hücumları barədə məlumatları araşdırmağa başlayıb.
Bu barədə Türkiyə hökumətindəki mənbə “RİA Novosti” agentliyinə bildirib.
Ankaradan vəziyyətlə bağlı şərh vermək istənildikdə, qısa cavabla kifayətləndilər: “Biz məlumatı araşdırırıq”.
"Qazprom" əvvəllər bildirmişdi ki, 17-19 mart tarixləri arasında "Türk axını" və "Mavi axın" vasitəsilə qaz ixracı üçün infrastruktur obyektlərinə hücum edilib.
Tural
Mənbə: publika.az