2026-cı ilin birinci yarısında Rusiya iqtisadi artımı faktiki olaraq sıfır olacaq.
Bu proqnoz Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun (İEF) mütəxəssisləri tərəfindən hazırlanıb.
Analitiklər hesab edirlər ki, Rusiya ÜDM-nin artımı bu il 1,1 faizə çata bilər. Lakin bu nəticə yalnız ilin ikinci yarısında sürətlənmə yolu ilə əldə ediləcək.
Amma qeyd olunur ki, bu cür proqnozlar Rusiya Bankının fərziyyələri ilə üst-üstə düşmür. Bank hesab edir ki, ÜDM 2026-cı ilin birinci rübündə illik müqayisədə 1,6 faiz artacaq.
Bundan əlavə, institut əsas kapitalın formalaşmasında yavaşlamanın 2025-ci ildəki 1,7 faizdən 2026-cı ildə 0,3 faizə qədər olacağını proqnozlaşdırır. Eyni zamanda, dövlət istehlakının azalacağı da ehtimal edilir.
Tural
Mənbə: publika.az