Nazirlik məktəb dərsliklərinin çapı üçün 13 milyonluq tenderlər keçirir

Nazirlik məktəb dərsliklərinin çapı üçün 13 milyonluq tenderlər keçirir

Elm və Təhsil Nazirliyi (VÖEN – 1500046011) müxtəlif təhsil səviyyələri üzrə dərsliklərin istehsalı məqsədilə 7 fərqli açıq tender elan edir.

Ean edilən müsabiqələrin ümumi ehtimal olunan qiyməti 13 204 250 manat təşkil edir. Tenderlərin detalları aşağıdakı kimidir:

  1. Ümumi orta təhsil səviyyəsi üzrə böyük ölçülü dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 6 533 351 manat, iştirak haqqı 1 500 manat, son təqdim olunma tarixi 20 aprel 2026-cı il.

  2. İbtidai təhsil səviyyəsi üzrə 4 illik dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 2 273 075 manat, iştirak haqqı 1 000 manat, son təqdim olunma tarixi 20 aprel 2026-cı il.

  3. İbtidai təhsil səviyyəsi üzrə 1 illik dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 1 689 843 manat, iştirak haqqı 600 manat, son təqdim olunma tarixi 20 aprel 2026-cı il.

  4. Ümumi orta təhsil səviyyəsi üzrə kiçik ölçülü dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 901 408 manat, iştirak haqqı 450 manat, son təqdim olunma tarixi 13 aprel 2026-cı il.

  5. Tam orta təhsil səviyyəsi üzrə böyük ölçülü dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 652 283 manat, iştirak haqqı 450 manat, son təqdim olunma tarixi 13 aprel 2026-cı il.

  6. Tam orta təhsil səviyyəsi üzrə kiçik ölçülü dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 643 890 manat, iştirak haqqı 450 manat, son təqdim olunma tarixi 13 aprel 2026-cı il.

  7. Məktəbəhazırlıq səviyyəsi üzrə dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 510 400 manat, iştirak haqqı 450 manat, son təqdim olunma tarixi 13 aprel 2026-cı il.

Bütün müsabiqələr üzrə istifadə haqqı 25 manat, tələb olunan iddiaçıların sayı isə 3 müəyyən edilib. Zərflərin açılışı təkliflərin son təqdim olunma tarixlərində həyata keçiriləcək.

Əlaqələndirici şəxs: Elmira Səmədzadə - baş məsləhətçi
[email protected]
+994 12 599 11 55

İddiaçılar təkliflərini müvafiq tarixlərə qədər Bakı şəhəri, Xətai prospekti 49 ünvanına təqdim edə bilərlər.

Mənbə: fed.az