Ukraynadan Türkiyəyə zərbə: Enerji kəmərlərinə hücum etdi

Ukraynadan Türkiyəyə zərbə: Enerji kəmərlərinə hücum etdi

Ukraynanın Türkiyəni təmin edən “Türk axını” və “Mavi axın” təbii qaz boru kəmərlərinə hücum etdiyi iddia olunub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi və “Qazprom” bəyanat yayıb.

Bildirilib ki, Ukrayna dronları 10-11 mart tarixlərində Türkiyəyə qaz nəql edən boru kəmərinə hücum edib.

"Bütün dünya enerji böhranı ilə mübarizə apararkən, Ukrayna Türkiyəyə gedən təbii qaz boru kəmərlərini hədəf aldı. Kiyev administrasiyasının davranışı narahatedicidir”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında bildirib.

Hücumun hədəflərinin Qara dəniz sahilində yerləşən və boru kəmərlərinə qaz vuran “Ruskaya”, “Bereqovaya” və “Kazaçya” stansiyaları olduğu vurğulanıb.

Roza

Mənbə: publika.az