Yaxın Şərqdə gərginlik fonunda Avropada qazın qiyməti kəskin bahalaşıb.
Avropanın ən böyük qaz ticarət meydançası olan, Niderlandda yerləşən “Title Transfer Facility” (TTF) platformasında aprel fyuçersləri üzrə təbii qazın qiyməti meqavat-saat üçün 31,95 avro hesablanmışdısa, hücumlardan sonra qiymətlər təxminən 67% artaraq 53,4 avroya yüksəlib.
Qeyd olunur ki, dünyada LNG ixracının təxminən 20%-i Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Ən böyük LNG ixracatçılarından biri olan Qətərin ixrac etdiyi mayeləşdirilmiş qazın isə 93%-i məhz bu boğazdan keçərək beynəlxalq bazarlara çatdırılır.
Mənbə: qafqazinfo.az