Bu iki küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq

Bu iki küçədə hərəkət məhdudlaşdırılacaq -

Paytaxtın daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunur.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu – Bünyad Sərdarov küçəsi və Nəsimi rayonu – Füzuli küçəsində (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Mənbə: qafqazinfo.az