SOCAR idarəsinin yanvarda ixracdan əldə etdiyi gəlirlər azalıb

SOCAR idarəsinin yanvarda ixracdan əldə etdiyi gəlirlər azalıb

Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 14,4 milyon ABŞ dolları məbləğində ixrac əməliyyatları həyata keçirib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral buraxılışında qeyd olunub.

Məlumata görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 24,3 milyon ABŞ dolları (yaxud 62,7 faiz) azdır.

Onu da qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti.

Mənbə: az.trend.az