Bəzi ölkələrin Çindən asılılığı artır

Bəzi ölkələrin Çindən asılılığı artır

Çin dünyanın ən böyük ixracatçılarındadır və bir çox ölkələr üçün əsas tədarükçü zənciridir.

"UN Comtrade"nin hesabatına və Dünya Bankının son məlumatlarına görə, təqdim edilən yeni statistik xəritə ölkələrin Çin mallarından hansı səviyyədə asılılığını göstərir.

Ən yüksək asılılıq Kambocada qeydə alınıb. Bu ölkənin idxalının 46,8 faizii Çinin payına düşür. Qırğızıstanda və Monqolustanda isə bu göstərici 40 faizdən yuxarı olub.

Asılılığa əsas səbəb kimi adıçəkilən ölkələrin ya çox zəif sənaye bazasına malik olması, ya da ixrac yönümlü sahələrdə Çin komponentlərinə daha çox güvənməsi göstərilir.

Kayman adalarında isə göstəricilər çox fərqlidir və Çin idxalının payı 1 faizdən azdır. Bu ölkə əsasən Niderlanddan asılıdır.

Çinin güclü və böyük ticarət strategiyasına tərəfdaşlıq edən ölkələrdə nəhəng infrastruktur yatırımları da var. 2013-cü ildə start verilən "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində ən böyük Çin bankları inkişaf etməkdə olan ölkələrdə limanları, infrastruktur layihələrini kreditlə maliyyələşdirir.

Bu gün "Çində istehsal olunub" anlayışı ucuz kütləvi məhsullardan çox texnologiya ilə əlaqələndirilir. Çinin əsas ixrac maddəsi inteqral sxemlərdir ki, onları da telefonlar və avtomobillər izləyir.

Dünya elektronika, energetika və müdafiə üçün vacib mineralların emalında da Çindən ciddi dərəcədə asılıdır. Bu asılılıq ölkələri tədarük zəncirlərini Çin dövləti ilə bağlı daha şaxələndirməyə sövq edir.

Çinin qlobal ticarət sisteminə dərindən inteqrasiya olunması artıq təkzibedilməz faktdır və nə zamansa, onun idxalının azalması dünya ölkələri üzrə bütün sahələrə çox sürətlə zəncirvari təsir göstərə bilər.

Oqtay QORÇU


Mənbə: reyting.az