SOCAR-ın “Azəriqaz”ın baş direktoru Azər Məmmədovun növbəti vətəndaş qəbulu olacaq.
Qəbul fevralın 27-də Xızı rayonu, Heydər Əliyev Mərkəzində baş tutacaq və saat 11:00-da başlayacaq.
Görüş zamanı Xızı və Siyəzən rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Sumqayıt Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 95 31; (02331)5-04-53) müraciət edə bilərlər.
Mənbə: qafqazinfo.az