Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir

Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir

Çində dünyanın ən böyük elektrikli konteynerdaşıyan gəmisi sınaqdan keçirilir.

Uzunluğu 127 metr olan “Ningyuan Diankun” 740 konteyner daşıya bilir. Gəmidə heç bir qalıq yanacaqdan istifadə edilmir.

10 min ton yük daşımaq qabiliyyətinə malik gəminin maksimal sürəti saatda 21 kilometrdir. Gəmi ağıllı naviqasiya sistemi ilə təchiz olunduğundan avtonom şəkildə hərəkət edə bilir.

Konteynerdaşıyan gəminin tam istismara veriləcəyi tarix dəqiqləşdirilməyib.

Vüqar

Mənbə: avtosfer.az