Azərbaycanın polipropilen ixracı - İKİ DƏFƏ AZALIB

Azərbaycanın polipropilen ixracı -

Bu ilin yanvar ayında Azərbaycandan 2 milyon 475 min dollar həcmində 2 min 442 ton ilkin formalı polipropilen ixrac edilib.

Dövlət Gömük Komitəsinə istinadən xəbər verilir ki, polipropilen ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3,3 milyon dollar və ya 57,2%, miqdar ifadəsilə isə 2 min 527 ton, başqa sözlə 50,8% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 5 milyon 791 min dollar dəyərində 4 min 969 ton polipropilen ixrac olunmuşdu.

Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi polipropilenin 1 kiloqramının orta ixrac qiyməti 1,01 dollar (təxminən 1 manat 72 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 1,16 dollar (təxminən 1 manat 97 qəpik) idi. Bu da illik müqayisədə 0,15 dollar (25 qəpik) və ya 12,9% ucuzlaşma deməkdir.

Bu il yanvar ayında ümumi ixracın 0,11%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,92%-i polipropilenin payına düşüb.

Mənbə: fed.az