Şıxovda çöl quşları tələf oldu - AQTA araşdırır+Fotolar

Şıxovda çöl quşları tələf oldu -

Sosial şəbəkələrdə çöl quşlarının səbəbsiz şəkildə ölməsi ilə bağlı paylaşımlar edilib.

İstifadəçilər bu halla Şıxov çimərliyində rastlaşdıqlarını bildiriblər.

Görüntülərdə bir neçə çöl quşunun cəsədi yer alır.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, çöl quşlarının tələfatı aidiyyəti qurumlarla birgə araşdırılır.


Mənbə: qafqazinfo.az