SOCAR və “Wood Mackenzie” qlobal enerji gündəliyinə dair fikir mübadiləsi aparıb

SOCAR və “Wood Mackenzie” qlobal enerji gündəliyinə dair fikir mübadiləsi aparıb

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wood Mackenzie” şirkətinin sədri və baş analitiki Saymon Flauers ilə görüşüb.

SOCAR-dan bildirilib ki, görüşdə Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyi vurğulanıb.

Rövşən Nəcəf qonaqlara SOCAR-ın strateji inkişaf prioritetləri, beynəlxalq enerji şirkətinə transformasiya istiqamətində həyata keçirilən islahatlar, şirkətin neft-qaz, emal, neft-kimya, bərpaolunan enerji və digər sahələrdə fəaliyyəti, həmçinin Azərbaycanda və xarici ölkələrdə icra etdiyi layihələr barədə ətraflı məlumat verib.

Tərəflər SOCAR ilə “Wood Mackenzie” arasında uğurla inkişaf edən əməkdaşlıq münasibətlərinin perspektivlərini nəzərdən keçirib, qlobal enerji bazarlarında müşahidə olunan əsas meyillər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı neft və qaz emalı, bərpaolunan enerji, dekarbonizasiya, rəqəmsallaşma, analitik həllərin enerji sektorunda tətbiqi, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Mənbə: azertag.az