Türkiyə hakimiyyəti, tərkibində sereulid toksini olduğuna görə “Danone” şirkətinin “Aptamil” körpə qidasının satışının qadağan edildiyini açıqlayıb.
Bu barədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin mətbuat açıqlamasında deyilir:
"Tərkibində uşaqların sağlamlığı üçün təhlükə yaradan toksin serulid olduğuna görə əvvəllər Türkiyəyə idxal edilən “Aptamil First” körpə qarışığının geri çağırılması prosesi başlayıb. Alınan qarışığı istehlak etməməyinizi və mağazalara qaytarmağınızı xahiş edirik".
Yanvar ayında Türkiyə hakimiyyəti “Nestle”nin “SMA Optipro” körpə qidasını geri çağırmışdı.
Tural

Mənbə: publika.az