“Aya kütləvi şəkildə qayıtmağın vaxtıdır”

“Aya kütləvi şəkildə qayıtmağın vaxtıdır”

“Tesla”, “SpaceX” və “Starlink” şirkətlərinin rəhbəri İlon Mask Aya genişmiqyaslı qayıdışın vaxtının çatdığına inanır.

O, bu barədə “X” sosial media platformasında yazıb.

“Aya kütləvi şəkildə qayıtmağın vaxtıdır”, - deyə bildirib.

Həmçinin, Mask ilk təyyarə uçuşundan (1903) insanın Aya enişinə (1969) qədər 66 il keçdiyini xatırladıb.

Mənbə: qafqazinfo.az