Rusiyaya qarşı sanksiyaları sərtləşdirirlər

Rusiyaya qarşı sanksiyaları sərtləşdirirlər

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini daha da sərtləşdirəcək.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib ki, sanksiyalar paketi çərçivəsində ixrac məhdudiyyətləri əvvəlkindən sərt olacaq.

Yeni tədbirlər ümumi dəyəri 360 milyon avrodan artıq olan mal və xidmətlərin ixracına qadağanı nəzərdə tutur.

Sanksiyalar rezin məmulatlardan və traktor texnikasından tutmuş kibertəhlükəsizlik sahəsində göstərilən xidmətlərə qədər geniş məhsul və xidmət siyahısını əhatə edəcək.

Rusiya neftinin daşınmasına xidmət göstərilməsinə tam qadağanın qoyulması, ölkənin daha 20 regional bankının və 43 tankerin də “qara siyahı”ya salınması nəzərdə tutulur.

Mənbə: reyting.az