İki avtomobil modelinin istehsalı dayandırıldı

İki avtomobil modelinin istehsalı dayandırıldı

"Tesla" şirkətinin baş direktoru İlon Musk "Model S" və "Model X" istehsalının dayandırıldığını bəyan edib.

"The Guardian" qəzetinə istinadən verilən məlumata görə, o bu barədə investorlarla telefon danışığında məlumat verib.

Mask "Bir az kədərlidir, amma "Model S" və "Model X" layihəsinə son qoymağın vaxtıdır" deyib.

O həmçinin mövcud sahiblərə "maşınlarından istifadə etdikləri müddətcə" dəstək verməyə davam edəcəyinə söz verib.

Modellərin 2026-cı ilin ikinci rübündə istehsalının dayandırılması planlaşdırılır.

İnvestorlarla telefon danışığı zamanı Mask Kaliforniyanın Fremont şəhərindəki zavodun daha sonra "Optimus" humanoid robotlarının istehsalına çevriləcəyini açıqlayıb. O, zavodun uzunmüddətli perspektivdə ildə 1 milyona qədər robot istehsal edə biləcəyini təxmin edir.

"İstiqaməti dəyişdirməyin və gələcəyə doğru irəliləməyin vaxtıdır", - deyə Musk şirkətin strateji planlarını şərh edərkən vurğulayıb.

Mənbə: olke.az