Azərbaycan və Özbəkistan arasında kibertəhdidlərin idarə olunması ssenariləri müzakirə edilib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumat verilir ki, qurumda Özbəkistan Mərkəzi Bankının Kibertəhlükəsizlik Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə AMB sədrinin müşaviri Akif Bağırov, İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı iştirak edib, kibertəhlükəsizlik sahəsində hüquqi-normativ bazanın təkmilləşdirilməsi, "FINCERT" təcrübəsi, həmçinin kibertəhdidlərin idarə olunması ssenariləri üzrə fikir mübadiləsi aparılıb.
Mənbə: xeberler.az