Arpaçay su anbarının səthi dondu - Fotolar

Arpaçay su anbarının səthi dondu -

Sərt keçən qış fəsli və temperaturun kəskin aşağı düşməsi nəticəsində Şərur rayonunda yerləşən Arpaçay su anbarının səthi donub.

AZƏRTAC-a istinadən xəbər verilir ki, su anbarının üzərində yaranan qalın buz qatı həm yerli sakinlər, həm də təbiətsevərlər üçün maraqlı və nadir görüntülər yaradıb.

Qeyd edək ki, 1977-ci ildə istismara verilmiş Arpaçay su anbarının tam həcmi 150 milyon kubmetr, faydalı tutumu isə 140 milyon kubmetrdir.






Mənbə: qafqazinfo.az