“Azərbaycan İsrail münasibətləri müsbət istiqamətdə inkişaf edir, müxtəlif sahələri əhatə edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda israilli həmkarı Gideon Saarla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr strateji xarakter daşıyır.
Azərbaycan və İsrail arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir hazırda ölkəmizdə 124 İsrail şirkətinin fəal layihələr həyata keçirdiyini bildirib: “2024-cü ilin bütün dövrü ilə müqayisədə 2025-ci ilin 11 ayında İsraildən Azərbaycana turist axını iki dəfədən çox artıb”.
Günel İbrahimova
Mənbə: qafqazinfo.az