"Tbilisi şəhərinin yeni beynəlxalq hava limanı 2007-ci ilə qədər Rusiyanın hərbi bazalarından birinin yerləşdiyi Vaziani qəsəbəsində inşa ediləcək".
"Interpressnews"a istinadən xəbər verilir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Tamar İoseliani məlumat verib.
"Vazianidəki hava limanının 2031-ci ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Onun tutumu Tbilisi hava limanından dörd dəfə çox olacaq və ildə 20 milyon sərnişinə xidmət göstərə biləcək", - İoseliani bildirib.
O qeyd etdi ki, Vaziani hava limanı paytaxtda yeganə olacaq. Onun açılışından sonra hazırkı Şota Rustaveli beynəlxalq hava limanı fəaliyyətini dayandıracaq.
Mənbə: bizim.media