“Bakı Metropoliteni”nin departament rəhbəri işdən çıxarıldı - YENİ TƏYİNAT

“Bakı Metropoliteni”nin departament rəhbəri işdən çıxarıldı - YENİ TƏYİNAT

“Bakı Metropoliteni” QSC-də kadr dəyişikliyi olub.

Qurumun Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov tutduğu vəzifədən azad olunub.

Bu barədə QSC-nin sədri Vüsal Aslanov Əmr imzalayıb.

F.Əhmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

QSC sədrinin digər Əmri ilə həmin vəzifəyə Rəhman Kərimov təyin olunub. (Oxu.az)

Mənbə: fed.az