Alkoqol istifadəsi Avropa regionunda hər il təxminən 800 min insanın ölümünə səbəb olur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilatın press-relizində qeyd olunur ki, Avropa alkoqol istehlakı səviyyəsinə görə dünyada lider mövqedə qalmaqda davam edir.
"Qiymətləndirmələrə görə, regionda hər on birinci ölüm alkoqol istifadəsi ilə bağlıdır", - deyə ÜST-ün açıqlamasında bildirilir.
Mənbə: avtosfer.az