Ermənistandan SOCAR-a 1,5 milyon dollar ödəniş edilib? - AÇIQLAMA

Ermənistandan SOCAR-a 1,5 milyon dollar ödəniş edilib? -

Ermənistan idxal etdiyi Azərbaycan benzini üçün 1,5 milyon dollar ödəniş edib.

Bu barədə “Bizim Yolumuz” xalq hərəkatının koordinatoru Narek Karapetyan erməni jurnalistlərə açıqlama verib.

O həmin məbləğdən təxminən 250-300 min dolların Azərbaycan büdcəsinə vergi şəklində daxil olacağını da əlavə edib.

Xatırladaq ki, dekabrın 18-də Azərbaycan SOCAR-ın istehsal etdiyi 1220 ton Aİ 95 markalı benzindən ibarət 22 vaqonluq yük Gürcüstan ərazisi vasitəsilə Ermənistana göndərilib. Kommersiya əsaslı razılaşma üçün ödəniş dünya bazarlarındakı qiymətə uyğun aparılıb.

Mənbə: modern.az