Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb.
Bu barədə məlumatı Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə hesablarında açıqlayıb.
Onun sözlərinə görə, benzin yüklü 22 vaqon Gürcüstan-Ermənistan sərhədini keçib.
Xatırladaq ki, dekabrın 18-də 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Ağstafadan Gürcüstana yola salınmışdı.
Mənbə: qafqazinfo.az