“Azərişıq” çərçivəsində təsərrüfat subyektləri səviyyəsində kommunal xidmətlərin Vahid İnformasiya Sistemi qurulmaqdadır. Bu sistem ilkin layihəsi artıq hazırdır. Hədəf modelinin 2029-cu ildə tam istifadəyə verilməsi planlaşdırılır”.
Bunu bu gün energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir müavini xatırladıb ki, Vahid Elektrik Doldurma Xidməti Platforması da artıq yaradılıb və fəaliyyət göstərir: “Hazırda 143 obyekt Skada sistemi ilə rəqəmsal şəbəkəyə qoşulub. Bunlara 34-cü və 36-cı kiçik su elektrik stansiyaları, günəş elektrik stansiyası, eləcə də 110, 220, 330 və 500 kilovoltluq yarımstansiyalar daxildir.
Bundan əlavə, 40-a yaxın sistemdə mikro-Skada yaradılıb və ana sistemə makro-Skada vasitəsilə inteqrasiya olunub. Nəticədə son 5 il ərzində fiberoptik kabel məsafəsi 850 km-dən 5000 km-ə qədər artırılıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki kiçik su elektrik stansiyaları artıq tamamilə Skada sisteminə qoşulub və yaşıl enerji zonası hədəfi çərçivəsində bu istiqamətdə fəaliyyət davam edir”.
Mürtəza
Mənbə: olke.az