Bu halda "WhatsApp" mesajları üçüncü şəxslər tərəfindən oxuna BİLƏR

Bu halda "WhatsApp" mesajları üçüncü şəxslər tərəfindən oxuna

“WhatsApp”da yazışmaların məxfiliyi yüksək səviyyədə qorunur, çünki tətbiq "end-to-end encryption" – yəni ucdan-uca şifrələmə texnologiyasından istifadə edir.

Bu o deməkdir ki, mesaj yalnız göndərən və alan şəxs tərəfindən oxuna bilər. "WhatsApp", Meta (Facebook), ya da üçüncü tərəflər bu yazışmaları görə bilmir.

Söhbətlər cihazlarda saxlanılır, "WhatsApp"ın serverlərində mesaj məzmunu saxlanmır.

Amma telefonun özü təhlükəsiz deyilsə (yəni viruslu, ya da kiminsə əlindədirsə), bu zaman məxfiliyin qorunması zəifləyə bilər.

Bulud ehtiyat nüsxələri (backup) – Əgər siz "WhatsApp" mesajlarınızı Google Drive və ya iCloud-a ehtiyat nüsxə olaraq saxlayırsınızsa, bu zaman həmin bulud platformaları şifrələmə sisteminə daxil ola bilər. Amma indi bu nüsxələr də əlavə şifrələmə ilə qorunur.

Mənbə: bizim.media