Britaniya Dəməşqə qarşı sanksiyaların üstündən xətt çəkdi

Britaniya Dəməşqə qarşı sanksiyaların üstündən xətt çəkdi

Böyük Britaniya hökuməti Suriya Müdafiə Nazirliyinə və Suriyanın bir sıra digər hökumət idarələrinə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyi, Baş Kəşfiyyat İdarəsi, Hava Kəşfiyyatı Qüvvələri, Siyasi Təhlükəsizlik İdarəsi, hərbi kəşfiyyat, ordunun təchizat bürosu və bir sıra KİV-lərə qarşı sanksiyalar ləğv edilir.

Bundan sonra bu strukturların aktivlərinin dondurulması tədbirləri tətbiq edilmir.

2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib.

Mənbə: yenisabah.az