İsanın çarmıxa çəkildiyi dəqiq tarix açıqlandı

İsanın çarmıxa çəkildiyi dəqiq tarix açıqlandı

Oksford Universitetinin tədqiqatçıları İsa Məsihin çarmıxa çəkilməsinin eramızın 33-cü ilinin aprelin 3-də baş verdiyini aşkar ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” nəşr məlumat yayıb.

Həmin gün Ay tutulması müşahidə edilib, Ay qan-qırmızıya bürünüb. Bu, Bibliya təsviri ilə üst-üstə düşür: "Ay qana boyanacaq". Alimlər bunu bəlkə də gələcək haqqında deyil, İsanın ölümündən sonra baş verənlər haqqında danışan həvari Pyotrun sözləri ilə əlaqələndiriblər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, tədqiqatda NASA məlumatlarından istifadə olunub.

Mənbə: axar.az