Ötən gün axşam saatlarından KATV1 (AG Telekom MMC) rəqəmsal xidmət təminatçısı Bakının bəzi ərazilərində internet ötürülməsini dayandırıb.
Axar.az xəbər verir ki, xüsusilə Xətai rayonunda KATV1 15 saatdan çoxdur abunəçilərinə internet xidməti göstərə bilmir.
“Ölkənin ən böyük provayderi” adına iddia edən şirkətin qaynar xəttindən operatorlar bəzi ərazilərdə texniki problem yarandığını və qısa müddətdə aradan qaldırılacağını bildirsələr də, heç bir dəyişiklik yoxdur.
Qeyd edək ki, şirkət baş verən “texniki nasazlıqla” bağlı açıqlama yaymayıb, abunəçilərindən üzr istəməyib və xidmətin nə vaxt bərpa olunacağını elan etməyib.
Mənbə: axar.az