ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkənin öz əzəli dəyərlərini itirə biləcəyini söyləyib.
Axar.az xəbər verir ki, sahibkar X sosial şəbəkəsindəki səhifəsində milyarder Bill Ekmanın qanunsuz miqrasiyanın ABŞ-ın əzəli dəyərlərinin itirilməsinə səbəb ola biləcəyini iddia edən fikrini dəstəkləyib.
Ekman hesab edib ki, ABŞ ölkəyə milyonlarla qanunsuz miqrantı yoxlamadan buraxır və onları çıxarmaq üçün məhkəmə prosesləri tələb olunur. Məhz bu, demokratik sistemin qorumağa çağırıldığı dəyərlərin itirilməsinə səbəb ola bilər.
“Bu, acı həqiqətdir”, – Mask cavab verib.
Daha əvvəl məlum olub ki, ABŞ bir neçə ay ərzində miqrantlarla mübarizəyə 300 milyon dollardan çox pul xərcləyib.
Mənbə: axar.az