Beynəlxalq Kosmik Stansiyada (BKS) çalışan 2 kosmonavt və bir astronavt Yerə qayıdıb.
"Unikal" xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb. Bildirilir ki, göyərtəsində rus kosmonavtlar Aleksey Ovçinin, İvan Vaqner və NASA-nın astronavtı Donald Petitin olduğu “Soyuz MS-26” kosmik gəmisi Qazaxıstana uğurlu eniş edib. Yerin orbitinə daxil olma və eniş normal olub.
Ekipaj BKS-də 11 sentyabr 2024-cü ildən işləyirdi.
Mənbə: unikal.az