Müasir Çin avtomobillərində elektronikanın həddindən artıq çox olması qış aylarında ciddi problemlər yarada bilər.
Bu barədə Rusiya Milli Avtomobil İttifaqının vitse-prezidenti Yan Haytser bildirib.
Onun sözlərinə görə, şaxtalı havada multimedia sistemləri, siqnalizasiya, sürücüyə yardım sistemləri, kameralar və parkinq sensorları sıradan çıxa və ya işləməsində nasazlıq yarana bilər.
Ekspert xüsusilə soyuq iqlimə uyğunlaşdırılmamış Çin elektromobillərinə diqqət çəkib. Belə avtomobillərdə qışda batareya enerjisinin böyük hissəsi salonun qızdırılmasına sərf olunduğundan yürüş məsafəsi kəskin azalır.
Haytser qışda daha etibarlı seçim kimi avtomobil alarkən taksilərdə geniş istifadə olunan tanınmış markalara üstünlük verməyi tövsiyə edib.
Müəllif: Adəm
Mənbə: publika.az