Roma Papası süni intellektin məşğulluğa təsiri ilə bağlı xəbərdarlıq edib

Roma Papası süni intellektin məşğulluğa təsiri ilə bağlı xəbərdarlıq edib

Bakı. Trend:

Roma Papası XIV Leo Argentinaya səfəri çərçivəsində etdiyi çıxışda süni intellektin və avtomatlaşdırmanın əmək həyatına təsirləri ilə bağlı xəbərdarlıq edib.

"TRT Haber"in məlumatına görə, Papa XIV Leo Argentina səfərinin ikinci günündə paytaxt Buenos-Ayresdəki Argentina Katolik Universitetində (UCA) iş dünyasına, həmkarlar ittifaqlarına və sosial hərəkatların nümayəndələrinə müraciət edib.

"Tənzimlənməmiş süni intellektin və avtomatlaşdırmanın yaratdığı problemlər bir çox iş sahəsini risk altına ala bilər və insanın ədalətli inkişafı üçün əsl təhdidə çevrilə bilər. Hər kəs üçün iş imkanına çıxış dövlət siyasətinin və iqtisadi proseslərin prioritet hədəfi olmağa davam etməlidir. Bu hədəf bir inkişaf modelinin insani keyfiyyətini qiymətləndirmək üçün əsas mühakimə meyarından biridir" - o deyib.

Papa XIV Leo sosial hərəkatların əhəmiyyətinə toxunaraq sələfi Papa Fransiskin sosial ədalət anlayışını gündəmə gətirib və "torpaq, sığınacaq və iş" tələblərinin sosial ədalət üçün əvəzedilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, XIV Leo 39 ildən sonra Argentinaya səfər edən ilk Roma Papasıdır.

Mənbə: az.trend.az